"Atletiko"nun formasını ölənə qədər qoruyacağam ” - Suares

"Atletiko"nun formasını ölənə qədər qoruyacağam ” - Suares

"Atletiko"nun futbolçusu Luis Suares Madrid təmsilçisindəki ilk ayları və sabiq klubu "Barselona" haqda danışıb.

Xeber24.info qol.az-a istinadən xəbər verir ki, o, yeni klubunda özünü çox yaxşı hiss etdiyini deyib: "Əvvəlcə bu transferin ailə - məktəb, ev tapmaq məsələsində çətinliklər vəd etdiyi görünürdü. Ancaq klub mənə kömək etdi, həyatımı asanlaşdırdı. Burada özümü rahat hiss edirəm, "Atletiko" haqqında hər şeyi sevirəm.

"Barselona"ya qol vursam, qeyd edəcəyəm? -Xeyr. Klub və komanda yoldaşlarıma  hörmətimə görə bunu etmərəm. Bir çox dostuma qarşı oynamaq xüsusi bir hadisə olacaq. Ancaq oynadığım bütün komandaların formalarını qoruyuram. "Atletiko"nun formasını ölənə qədər qoruyacağam ".

Loading...