“Fransa ANAMA-ya 400 min avro ayırmaq niyyətindədir” – Zakari Qros
Fransa işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana 400 min avro ayırmaq niyyətindədir.
XƏBƏR24.info xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qros öz “Twitter” səhifəsində yazıb.
“Beynəlxalq əməkdaşlığa ehtiyac duyulan başqa bir sahə məcburi köçkünlərin öz torpaqlarına qayıda bilmələri üçün ərazilərin minalardan təmizlənməsidir. Qarabağda minalardan təmizlənməni tələb edən ərazilər çox böyükdür. Buna görə rəsmi olaraq məmnunluqla ANAMA-nı məlumatlandırıram ki, Fransa ərazilərin minalardan təmizlənməsi üçün bu il Azərbaycana 400 min avro ayırmaq niyyətindədir”, – deyə səfir bildirib.
Another area where intl cooperation is needed is demining so internally displaced people can return to their land. The areas in Karabagh that require demining are huge. So I was happy to officially inform @ANAMA_gov_az that ???????? is keen to donate 400 000 euros to demining this year
— Zacharie Gross (@GrossZacharie) September 8, 2021