“TurAz Şahini - 2021” təlimlərində hərbi təyyarəçilər tapşırıqları müvəffəqiyyətlə icra edir - FOTO/VİDEO

“TurAz Şahini - 2021” təlimlərində hərbi təyyarəçilər tapşırıqları müvəffəqiyyətlə icra edir - FOTO/VİDEO

“TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində Azərbaycan və Türkiyə HHQ-nin aviasiya vasitələri təlim planına əsasən təyin olunan hündürlükdə marşrut üzrə birgə uçuş tapşırıqlarını yerinə yetiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən XƏBƏR24.info-ya verilən məlumata görə, tapşırığın senarisinə uyğun olaraq şərti düşmənin hava hücumundan müdafiə vasitələrinə, yerüstü hədəflərinə zərbələr endirmə və onun qırıcılarından yayınma manevrləri hərbi təyyarəçilər tərəfindən uğurla icra edilib.

eb7b8438ac7caafd62495dd39b2aaa9a.jpg

62dd07b27c9027ca19544516b393e7ab.jpg