Ağdərədə itkin düşmüş Cəmil Babayev Bakıya gətirildi

Ağdərədə itkin düşmüş Cəmil Babayev Bakıya gətirildi

Ağdərədə qanunsuz erməni silahlı dəstələri tərəfindən saxlanılan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Cəmil Babayev Bakıya gətirilib.

XƏBƏR24.info xəbər verir ki, Cəmil Babayev ölkə ərazisində müvəqqəti yerləşmiş Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Azərbaycanda saxlanılan iki erməni hərbçisi ilə dəyişdirilib.

Ermənistan tərəfindən verilən məlumata görə, Artur Nalbandyan və Aramais Torosyan adlı hərbçilər iyulun 14-də Qaragöl ətrafında itkin düşsələr də onların taleyi barəsində 2 aydır ki məlumat yox imiş.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasına əsasən, avqustun 26-da Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edərək Rusiya sülhməramlılarının müvvəqqəti nəzarətində olan əraziyə keçmişdi. Onun barəsində cinayət işi başlanmışdı.

Loading...