Sentyabrın 22-də ibtidai siniflərdə, 29-da isə V-XI siniflərdə ənənəvi tədris bərpa olunacaq - Təhsil naziri

Sentyabrın 22-də ibtidai siniflərdə,  29-da isə V-XI siniflərdə ənənəvi tədris bərpa olunacaq - Təhsil naziri

22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər, ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri əyani təhsilə başlayacaq.

XƏBƏR24.info xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə məlumat verib.

Onun sözlərinə görə, sentyabrın 29-dan həmçinin ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri açılacaq. Nazir eyni zamanda məktəblərdə 5 günlük, bəzi təhsil müəssisələrində isə 6 günlük qrafik olacağını bildirib.

Təhsil işçilərinin vaksinasiya prossesinə də toxunan Emin Əmrullayev Azərbaycanda təhsil müəssisələrində çalışanların 80 faizə qədərinin vaksinasiyadan keçdiyi qeyd edib.