Valyuta hərracında bu gün tələb 67,9 milyon dollar olub - Mərkəzi Bank

Valyuta hərracında bu gün tələb 67,9 milyon dollar olub - Mərkəzi Bank

07 Sentyabr 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Mərkəzi Bankdan XƏBƏR24.info-ya verilən məlumata görə, hərracda tələb 67,9 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

Qeyd edək ki, 2021-ci ilin əvvəlindən bu yana keçirilmiş 64 valyuta hərracında banklara 3 milyard 879,52 milyon dollar satılıb.

 

Loading...