“TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimləri davam edir - FOTO/VİDEO

“TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimləri davam edir - FOTO/VİDEO

Türkiyənin Konya şəhərində keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimləri davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən XƏBƏR24.info-ya daxil olan məlumata görə, təlimin planına uyğun olaraq Azərbaycan və Türkiyə hərbi təyyarəçiləri gündüz döyüş uçuşları həyata keçiriblər. Uçuşlardan öncə əməliyyatın planı, hava şəraiti və digər texniki məsələlərlə bağlı brifinq təqdim edilib.

Plana uyğun olaraq Azərbaycan və Türkiyə hərbi təyyarəçiləri birgə əməliyyat çərçivəsində havadan hücumla şərti düşmənin hava hücumundan müdafiə vasitələrini, strateji obyektlərini və bu obyektləri müdafiə edən təyyarələrini məhv etmək tapşırığını uğurla icra ediblər.

Qeyd edək ki, Azərbaycan hərbi təyyarəçiləri təlimə Su-25 hücum və MİQ-29 qırıcı təyyarələri ilə qatılıblar.

Təlimlər sentyabrın 17-dək davam edəcək.

ae7fe9490b39bb121a60feaaa65622a5.jpg

a8e078ff74a8af5a6376ff0bff5b03c6.jpg

a449bccdb448fa88078212a01bad1710.jpg

 

Loading...