“Taliban” Əfqanıstanda Aybək şəhərini ələ keçirib

“Taliban” Əfqanıstanda Aybək şəhərini ələ keçirib

 

Əfqanıstanın şimalında Səməngən əyalətinin mərkəzi şəhəri Aybək “Taliban” hərəkatının nəzarətinə keçib.

Report “Al Jazeera”ya istinadən xəbər verir ki, bu, hərəkatın son 4 gündə ələ keçirdiyi sayca 6-cı əyalət mərkəzidir.

"Taliban"çılar Aybəkdə bütün hökümət binalarını ələ keçiriblər. Bu məlumatı Səməngən əyaləti qubernatorunun müavini təsdiqləyib.

Ötən gün “Taliban”, həmçinin ölkənin şimalındakı ən böyük şəhər olan Məzari-Şərifə hücuma keçdiklərini açıqlamışdı.

Daha əvvəl isə “Taliban” dövlət sərhədlərinin 90 faizinə nəzarət etdiklərini bildirsə də, Müdafiə Nazirliyi bunu təkzib etmişdi.