Bu ilin II rübünü zərərlə başa vuran banklar məlum olub

Bu ilin II rübünü zərərlə başa vuran banklar məlum olub

Bu ilin II rübündə (aprel-iyun) Azərbaycandakı banklar 217,6 mln.

manat xalis mənfəət əldə ediblər ki, bu da ötən ilin eyni rübü ilə müqayisədə 46,2% çoxdur.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının göstəriciləri əsasında apardığı hesablamalarına görə, buna baxmayaraq, yeddi bank II rübü zərərlə başa vurub. Bunlar "AccessBank", "Bank Avrasiya", "Günay Bank", "Muğanbank", "Yapı Kredi Bank" (Azərbaycan), "Pakistan Mill Bankı" (Azərbaycan) və "Bank Melli İran"dır (Azərbaycan). Belə ki, hesabat rübündə "AccessBank" 2 159,0 min manat, "Bank Avrasiya" 4 279,16 min manat, "Muğanbank" 1 037,53 min manat, "Günay Bank" 252,51 min manat, "Yapı Kredi Bank" (Azərbaycan) 109,54 min manat, "Pakistan Mill Bankı" (Azərbaycan) 45,31 min manat, "Bank Melli İran" (Azərbaycan) isə 39,265 min manat zərər edib.

Qeyd edək ki, bu banklardan "AccessBank", "Bank Avrasiya", "Yapı Kredi Bank" (Azərbaycan) və "Pakistan Mill Bankı" (Azərbaycan) bütöv yarım ili də zərərlə başa vurublar. Belə ki, 2021-ci ilin ilk yarısında sözügedən maliyyə təşkilatları müvafiq olaraq 2 024,0 min manat, 3 928,57 min manat, 231,69 min manat və 114,97 min manat zərər ediblər.

 
Loading...