Şabranda 6 və 8 yaşlı uşaqlar xəsarət alıb

Şabranda 6 və 8 yaşlı uşaqlar xəsarət alıb

Şabran şəhər sakinləri velosipedlə hərəkət qaydalarına düzgün əməl etmədiyinə görə xəsarət alıblar.

Report'un Şimal bürosunun verdiyi məlumata görə, şəhərin H.Z.Tağıyev küçəsi ünvanında yaşayan 2013-cü il təvəllüdlü Əliəşrəf Elşad oğlu Soltanlı və Ş.Vahabzadə ünvanında yaşayan 2015-ci il təvəllüdlü Yusif Soltan oğlu Cəfərov ayrı-ayrı ünvanlarda velosipeddən yıxılaraq, xəsarət alması səbəbilə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yaralılara sol və sağ qolun sınığı diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

 
Loading...