Tevfik Erman Kutlu: Azərbaycandan gələn qardaşlarımızın bizə kömək etməsi qürurvericidir

Azərbaycandan gələn qardaşlarımızın burada bizə kömək etməsi qürurvericidir.
Bu fikirləri AZƏRTAC-ın yanğın böhran bölgəsinə ezam olunmuş müxbirinə açıqlamasında türkiyəli aktyor Tevfik Erman Kutlu deyib.
Azərbaycanlı yanğınsöndürənlərin fəaliyyətindən danışan aktyor bildirib: “Bizə başqa ölkələrdən də yardımlar olunur. Amma bunların içində ən böyük yardım azərbaycanlı qardaşlarımızdan gəlib. Onlar yanğın bölgəsinə 100 yaxın texnika göndərib. Bizim Türkiyə yanğınsöndürənləri burada azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə mübarizə aparırlar. Bu köməklik heç bir vaxt bizim yadımızdan çıxmayacaq. Azərbaycan daim Türkiyənin qardaşıdır. Dahi liderin dediyi kimi “Biz bir millət, iki dövlətik”.