DÜNYA
“Taliban” silahlıları Əfqanıstanın artıq altıncı əyalətinin paytaxtını tutub

"Taliban" hərəkatının silahlıları Əfqanıstanın şimalındakı Samanqan əyalətinin paytaxtını - Aybak şəhərini nəzarət altına alıb.
Report xəbər verir ki, bu barədə əyalətin qubernator müavininə istinadən Qərb mediası bildirib.
KİV-in məlumatına görə, bu, Əfqanıstanda “taliblər” tərəfindən tutulan altıncı əyalət paytaxtıdır. “Taliban” silahlıları Aybaka yerli ağsaqqallar hakimiyyətinin şəhəri döyüşlərdən xilas etmək barədə çağırışından sonra giriblər. Qubernator bununla razılaşıb və bütün qoşunları şəhərdən çıxarıb.
Qeyd edilir ki, indi “taliblər” tamamilə Aybaka nəzarət edirlər.
"Taliban" hərəkatının rəhbərliyi Aybakın ələ keçirilməsini təsdiqləyib.