HADİSƏ
Atasına pul vermədiyi üçün atəş açdı - Güllə araya girən şəxsi öldürdü - VİDEO
Adanada (Türkiyə) istədiyi məbləğdə pulu verməyən atası ilə mübahisə edən şəxs silahını çıxarıb atasına 3 dəfə atəş açıb.
Milli.Az haberler.com-a istinadən xəbər verir ki, bu zaman güllə hadisənin qarşısını almaq istəyən şəxsə dəyib. Xəstəxanaya aparılan şəxs bütün müdaxilələrə baxmayaraq ölüb. Təcavüzkarın atası "daim üstümə silah və bıçaq çəkirdi. Bu dəfə zorla pul istədi. Mərhum müdaxilə etməyə çalışırdı" deyib. Polis bölməsinə aparılan oğul ifadəsində, "atamdan pul istədim, vermədi. Silahla onu qorxutmaq istəyirdim, güllə müdaxilə edən adama dəydi. Mən bunu qəsdən etməmişəm" deyib.