Naftalanda 11 yaşlı velosipedçini avtomobil vurub

Naftalanda 11 yaşlı velosipedçini avtomobil vurub

Naftalan şəhərində azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Report'un Qərb Mərkəzinin məlumatına görə, hadisə Naftalan şəhərində qeydə alınıb. "VAZ-21015" markalı avtomobil velosipedçi, 2010-cu il təvəllüdlü Seyid İlqar oğlu Yusubovu vurub.

O, xəsarət alıb və xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.