Gürcüstanda çarpayı çatışmazlığı yaranıb

Gürcüstanda çarpayı çatışmazlığı yaranıb

“Gürcüstanda ciddi çarpayı çatışmazlığı kəskin hiss olunur”.

Report'un yerli bürosu xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Ekaterine Tikaradze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ağır epidemioloji vəziyyət xəstəxana sektoruna təsir göstərir: “Səhiyyə Nazirliyi əlavə çarpayılar səfərbər etməyə çalışır. Bu gün heç bir pasiyent diqqətdən kənarda qalmır. Lakin yoluxmaların artmasının qarşısını almaq üçün bütün tədbirləri gücləndirmək lazımdır”.

Səhiyyə nazirinin müavini Tamar Qabuniya öz növbəsində bildirib ki, Gürcüstan xəstəxanalarında koronaviruslu pasiyentlər üçün ayrılmış yerlərin təxminən 94 %-i dolub: “Səhiyyə sektoru bu gün maksimal yüklənmə ilə qarşılaşıb. Əlavə çarpayıların səfərbər olunması nəzərdə tutulub. Artıq 7 min çarpayı səfərbər edilib və bu həftə ərzində daha 500 çarpayı əlavə olunacaq”.

Loading...