CƏMİYYƏT
Etibar Mirzəyev: "Türkiyədə 240 nöqtədə yanğın olub"

"Türkiyədə iyulun 28-dən bəri 240 yanğın ocağı əmələ gəlib ki, onlardan 235-i tamamilə söndürülüb.
Report'un Türkiyə bürosu xəbər verir ki, bunu mətbuata açıqlamasında fövqəladə hallar nazirinin müavini, general-polkovnik Etibar Mirzəyev deyib.
Nazir müavininin sözlərinə görə, təkcə Köyceyiz rayonunun Çayhisar, Pınar, Qarayer və Kavakca kəndlərindəki şiddətli yanğınlar Azərbaycanın yanğınsöndürmə briqadaları tərəfindən söndürülərək mühafizə altına alınıb.