"Barselona"nın yeni transferi sıradan çıxıb

"Barselona"nın yeni transferi sıradan çıxıb

İspaniya "Barselona"sının yeni transferi Serxio Aquero 2021/2022 mövsümünün əvvəlini buraxacaq.

Report'un AS nəşrinə istinadən məlumatına görə, mövsüm öncəsi tibbi müayinə zamanı argentinalı hücumçunun ayaq biləyi bağlarında ciddi zədə aşkarlanıb.

33 yaşlı forvardın təqribən 2 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. O, ən yaxşı halda oktyabrın əvvəlində sıraya dönəcək.

Qeyd edək ki, Serxio Aquero "Barselona"ya İngiltərənin "Mançester Siti" klubundan keçib.

Loading...