İqtisadiyyat Nazirliyi yanında İctimai Şuraya seçkilər keçiriləcək

İqtisadiyyat Nazirliyi yanında İctimai Şuraya seçkilər keçiriləcək

İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın üzvlüyünə seçkilərlə bağlı yaradılmış komissiyanın növbəti iclası keçirilib.

Report nazirliyə istinadən xəbər verir ki, İclasda bir sıra məsələlər, o cümlədən seçkilərin keçirilməsi tarixi, yeri və vaxtı müzakirələr edilib.

Seçki Komissiyasının qərarına əsasən, seçkilər avqustun 21-də, saat 12:00-dan 14:00-a qədər İqtisadi Elmi Tədqiqat İnstitutunun inzibati binasında (Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 88a ünvanında) keçiriləcək.

Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə” nin tələblərinə əsasən, birgə yığıncaqda səsvermə hüququ əldə etmək istəyən vətəndaş cəmiyyəti institutları avqustun 11-nə qədər təmsilçisi haqqında məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri, əlaqə vasitəsi) ictimaishura@economy.gov.az elektron poçt ünvanı vasitəsilə seçki komissiyasına təqdim edə bilərlər.