Çadda toqquşmalar zamanı onlarla insan öldürülüb

Çadda toqquşmalar zamanı onlarla insan öldürülüb

Çadın qərb hissəsində icmalar arasında toqquşmalar nəticəsində azı 21 nəfər həlak olub, təxminən daha 20 nəfər xəsarət alıb.

Report xəbər verir ki, bu barədə yerli hakimiyyətə istinadən “Al Wihda” yerli nəşri bildirib.

Yerli mənbələr nəşrə bildirib ki, münaqişə Xacer-Lamis regionunda, Xaraca kəndində baş verib.

Münaqişə kənd təsərrüfatı sahəsinin mülkiyyəti üstündə mübahisəyə görə yaranıb. Toqquşmalar bir neçə saat davam edib, tərəflər silaha əl atıb. Hakimiyyət orqanları tezliklə hadisə yerinə asayişin mühafizəsi və qanun-qaydanın təminatı üçün təhlükəsizlik qüvvələrini göndərib, əraziyə nazirlərdən ibarət nümayəndə heyəti gəlib.

Nəşrin məlumatına görə, münaqişə qurbanlarının sayı arta bilər.

Hadisə ilə bağlı zorakılığa təhrikçilikdə və toqquşmalarda iştirakda şübhəli bilinən bir neçə nəfər saxlanılıb.

 
Loading...