Azərbaycanın XİN başçısı Türkiyəyə başsağlığı verib

Azərbaycanın XİN başçısı Türkiyəyə başsağlığı verib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 14 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı Türkiyəyə başsağlığı verib.

Report xəbər verir ki, XİN başçısı bu barədə özünün tvitter hesabında yazıb.

“ Qardaş Türkiyənin Balıkesir şəhərində faciəvi avtobus qəzası xəbərini böyük kədərlə qarşıladıq. Qəza nəticəsində vəfat edən 14 nəfərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik”, - deyə Ceyhun Bayramov qeyd edib.