Azərbaycan Yay Olimpiya Oyunlarını 7 medalla başa vurub

Azərbaycan Yay Olimpiya Oyunlarını 7 medalla başa vurub

Azərbaycan idmançıları Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışlarını başa vurub.

Report'un məlumatına görə, 44 idmançıdan 7-i medal qazanıb.

Bu gün son 9 idmançı mübarizə aparıb.

Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Nərminə Səmədova və Darya Sorokinadan ibarət bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komanda təsnifat mərhələsində iki hərəkətin cəmində 74,350 xal toplayıb. Yığma 14 ölkə arasında 10-cu yeri tutub və ilk "8-liy"ə düşmədiyi üçün finala yüksələ bilməyib.

Sərbəst güləşçilərdən Hacı Əliyev (65 kq) finalda yaponiyalı Takuto Otoquroya uduzub. Şərif Şərifov (97 kq) isə təsəlliverici görüşdə gürcüstanlı Elizbar Odikadzeyə qalib gəlsə də, ürünc medal uğrunda kubalı Reyneris Salas Pereslə bacarmayıb.

Qadın güləşçi Mariya Stadnik (50 kq) monqolustanlı Namuuntsetseq Tsoqt Oçiri məğlub edərək bürünc medala sahib çıxıb.

Karateçi İrina Zaretska (+61) isə finalda Misir təmsilçisi Feryal Abdelazizə uduzaraq gümüş medalla kifayətlənib.

Medal qazananlar

Cüdo: İrina Kindzerska (+78 kq) - bürünc

Boks: Alfonso Dominges (81 kq) - bürünc

Yunan-Roma güləşi: Rafiq Hüseynov (77 kq) - bürünc

Karate: Rafael Ağayev (75 kq), İrina Zaretska (+61 kq) (hər ikisi gümüş)

Sərbəst güləş: Hacı Əliyev (65 kq) - gümüş

Qadın güləşi: Mariya Stadnik (50 kq) - (bürünc)

Medal qazana bilməyənlər

Cüdo: Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri (+100 kq) Aişə Qurbanlı (48 kq)

Boks: Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenso Sotomayor (69 kq), Məhəmməd Abdullayev (+91 kq)

Taekvondo: Milad Beigi Hərçəqani (80 kq), Fəridə Əzizova (67 kq)

İdman gimnastikası: İvan Tixonov, Marina Nekrasova

Üzgüçülük: Maksim Şemberev, Məryəm Şeyxəlizadə Xangah

Güllə atıcılığı: Emin Cəfərov

Triatlon: Rostislav Pevtsov

Qılıncoynatma: Anna Başta

Badminton: Edi Reski Dviçayo

Velosiped idmanı: Elçin Əsədov

Çəkicatma: Anna Skidan

Atıcılıq: Ruslan Lunyov

Atletika: Nazim Babayev (üç təkanla tullanma)

Karate: Firdovsi Fərzəliyev (67 kq)

Yunan-Roma güləşi: İslam Abbasov (87 kq)

Qadın güləşi: Elis Manolova (68 kq)

Sərbəst güləş: Turan Bayramov (74 kq), Şərif Şərifov (97 kq)

Bədii gimnastika (fərdi çoxnövçülük): Zöhrə Ağamirova

Bədii gimnastika (qrup hərəkətləri): Zeynəb Hümmətova, Ləman Əlimuradova, Nərminə Səmədova, Yelizaveta Luzan, Darya Sorokina

 
Loading...