Tokio-2020: Azərbaycanın bədii gimnastı ikinci çıxışını başa vurub

Tokio-2020: Azərbaycanın bədii gimnastı ikinci çıxışını başa vurub

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti çıxışını bitirib.

"Report" xəbər verir ki, 20 yaşlı idmançı halqa ilə hərəkətlərdə 23,000 xala layiq görülüb.

Ağamirova daha əvvəl topla çıxışında 23,400 xal qazanıb. O, hazırda 46,400 xalla 5-ci pillədə qərarlaşıb.

Gimnast lentlə və gürzələrlə də bacarığını göstərməyə çalışacaq. Təsnifat mərhələsində ilk 10 yeri tutan idmançı finala yüksələcək.

05:59

Azərbaycanın bədii gimnastiı Zöhrə Ağamirova Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

Report'un məlumatına görə, 20 yaşlı idmançı ilk olaraq topla öz çıxışını təqdim edib.

O, birinci cəhdində 23,400 xala layiq görülüb.

Ağamirova daha sonra halqa ilə, lentlə və gürzələrlə bacarığını göstərməyə çalışacaq. Təsnifat mərhələsində ilk 10 yeri tutan gimnast finala yüksələcək.

Loading...