İDMAN
Tokio-2020: Türkiyə millisi Cənubi Koreyaya məğlub olub

Voleybol üzrə qadınlardan ibarət Türkiyə millisi Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti oyununu keçirib.
Report"un məlumatına görə, "ay-ulduzlular" 1/4 final mərhələsində Cənubi Koreya seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma Cənubi Koreyanın 3:2 (17:25, 25:17, 28:26, 18:25, 15:13) hesablı qələbəsi ilə yekunlaşıb.
Asiya təmsilçisi yarımfinalda Braziliya - Rusiya cütünün qalibi ilə qarşılaşacaq.