"Neftçi"nin Konfrans Liqasındakı potensial rəqibi dəqiqləşib

"Neftçi"nin Konfrans Liqasındakı potensial rəqibi dəqiqləşib

Azərbaycan çempionu "Neftçi"nin Konfrans Liqasındakı mümkün rəqibi bəlli olub.

Xeber24.info apasport.az-a istinadən xəbər verir ki, Bakı klubu Avropa Liqasının III təsnifat mərhələsində mübarizəni dayandırsa, daha aşağı statuslu turnirdə mübarizə aparacaq.

Finlandiya HİK-i ilə görüşəcək paytaxt təmsilçisi üçüncü dərəcəli qitə turnirindəki potensial rəqibi bugünkü püşkatmada dəqiqləşib. "Neftçi" - HİK cütündə uduzan komanda Konfrans Liqasının III təsnifat mərhələsində "Makkabi" (Hayfa, İsrail) - HB (Farer adaları) oyunlarının qalibi ilə görüşəcək. Azərbaycan və ya Finlandiya çempionu pley-offun ilk matçını evdə keçirəcək.

Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin görüşləri avqustun 19-da və 26-da baş tutacaq.

Loading...