"Neftçi"nin Avroliqadakı potensial rəqibi "Fənərbağça" oldu

"Neftçi"nin Avroliqadakı potensial rəqibi "Fənərbağça" oldu

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilir.

Xeber24.info qol.az-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın yarışdakı yeganə təmsilçisi "Neftçi"nin də potensial rəqibi məlum olub . Ağ-qaralar 3-cü təsnifat mərhələsində Finlandiya HİK-ini mübarizədən kənarlaşdıra bilsə, növbəti raundda Türkiyənin "Fənərbaxça" klubu ilə qarşılaşacaq və ilk görüş səfərdə keçiriləcək.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları 19-26 avqustda keçiriləcək.

Loading...