Müğənni paylaşımı ilə həmkarına "sataşdı"

Müğənni paylaşımı ilə həmkarına "sataşdı"

Türkiyəli aktrisa və aparıcı Seren Serengil küsülü olduğu müğənni Gülben Ergenə "söz atıb".

Xeber24.info lent.az-a istinadən bildirir ki, aktrisa şəxsi "Instagram" səhifəsində sellülitə qarşı krem reklam edərkən müğənninin fotosunu paylaşıb.

Belə ki, S.Serengil G.Ergenin olduğu bilinən, ancaq üzü görünməyən şəkli paylaşaraq, altından "Artıq dərəcədə portağal görünüşü, yağ bağlamış, sallanıqlıq olan bütün ayaqlarda çox təsirli sellülit kremimi mütləq yoxlayın" şərhini yazıb.

Aktrisanın bu paylaşımı sosial media istifadəçilərinin də diqqətini çəkib.

Müğənni ona edilən eyhama hələ ki cavab verməyib.

Loading...