Tokio-2020: Ruslan Lunyov 281 xal topladı

Tokio-2020: Ruslan Lunyov 281 xal topladı

"Tokio-2020" Yay Olimpiya Oyunlarında kişilərin kiçikçaplı tapançadan 25 metr məsafəyə atəşaçma yarışlarında birinci təsnifat mərhələsinə yekun vurulub.

Xeber24.info Trend-ə istinadən xəbər verir ki, Azərbaycanın güllə atıcısı Ruslan Lunyov birinci təsnifat mərhələsində 281 xal toplayıb. Təmsilçimiz 27 idmançı arasında 24-cü olub.

Avqustun 2-də ikinci təsnifat mərhələsi və final keçiriləcək. Əsas mərhələyə ən yaxşı nəticə göstərmiş 6 atıcı vəsiqə qazanacaq.

Qeyd edək ki, R.Lunyov iyulun 24-də Tokio Olimpiadasında kiçikçaplı tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 20-ci olub.

Loading...