Ağzını 6,5 sm aça bilən qadın Ginnesin Rekordlar Kitabına düşdü

Ağzını 6,5 sm aça bilən qadın Ginnesin Rekordlar Kitabına düşdü

1,7 milyon abunəçisi olan "TikTok" sosial şəbəkəsinin ulduzu ən böyük ağzı olduğu üçün Ginnesin Rekordlar Kitabına düşüb.

Xeber24.info lent.az-a istinadən xəbər verir ki, ABŞ-ın Konnektikut ştatından olan 31 yaşlı Samanta Ramsdellin videoları qadının bənzərsiz görünüşünə görə bir neçə dəfə yayılıb - onun ağzı 6,5 sm açılır.

Ramsdellin adı dünyanın ən böyük ağzına malik qadın kimi rəsmi şəkildə Ginnesin Rekordlar Kitabına düşüb.