Ermənilərdən ETİRAF: Radik Oxikyan Azərbaycan postlarına dəfələrlə hücum edib - FOTO

Ermənilərdən ETİRAF: Radik Oxikyan Azərbaycan postlarına dəfələrlə hücum edib - FOTO

Ermənistanın Yerasx (Arazdəyən) kəndinin nümayəndəsi Radik Oxikyan iyul ayının 19-dan başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin nəzarət-buraxılış məntəqəsinə hücum edib.

Xeber24.info Konkret.az-a istinadən məlumat verir ki, Radik Oxikyan törətdiyi təxribatlara cavab olaraq Azərbaycan ordusunun hərbçiləri tərəfindən döyülüb və qaçmağa çalışarkən bir neçə güllə yarası alıb. Məlumatda Oxikyanın hazırda xəstəxanada olduğu da bildirilir.

Xatırladaq ki, son günlər Ermənistan tərəfi Azərbaycanla sərhəddə ( Şuşa, Naçxıvan, Kəlbəcər, Tovuz istiqamətləri) təxribata əl atır və atəşkəsi pozur. Azərbaycan ordusu isə düşmənin cavabını verməklə onun təxribatının qarşısını uğurla alır.

Radik Oxikyan

Loading...