İspaniya kraliçası geyim protokolunu pozmadı - FOTO

İspaniya kraliçası geyim protokolunu pozmadı - FOTO

Kraliça Letisiya heç kimə bənzəmir, 40 dərəcə istidə belə rəsmi protokolun bütün tələblərinə əməl edir, eyni zamanda orijinal seçimlər etməyi bilir.

Xeber24.info Publika.az-a istinadən xəbər verir ki, kraliça dünən İspaniyanın Xərçənglə Mübarizə Dərnəyinin (AECC) üzvləri ilə rəsmi görüşdə olub və həmişə olduğu kimi zərif geyimi ilə diqqət çəkib.

Kraliça Letisiya həm işgüzar, həm də gündəlik qarderoba sığacaq ən nadir geyim tapıb. O, tvid kostyumu tvid paltarla əvəz edib. Stilistlər hesab edir ki, növbəti payız tvid donlar xüsusilə dəbdə olacaq.

Əlahəzrət imicini incə belini vurğulayan kəmər və uzun zəncirli miniatür ağ çanta ilə tamamlayıb. Obrazını xüsusi edən İspaniya kraliçasının çox sevdiyi yüksək topuqlu klassik tanketqa ayaqqabı modelidir. Belə bir ayaqqabıda kraliça daha rahat və şıq görünür.

Ağ tellərini gizlətməyə çalışmayan Letisiya Hollivud trendini dəstəkləməyə qərar verib.

gallery
gallery
gallery
gallery
Loading...