Salyanda "patı" əməliyyatı - Saxlanılan var

Salyanda "patı" əməliyyatı - Saxlanılan var

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, 45 yaşlı Elşən Qasımov saxlanılıb.

Xeber24.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı "patı" adlanan narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Salyan RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

Loading...