SOCAR Gürcüstanda bir qəsəbəni qazlaşdırıb

SOCAR Gürcüstanda bir qəsəbəni qazlaşdırıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanın Tetritskaroy bələdiyyəsinin Manqlisi qəsəbəsini qazla təchiz edib.

Xeber24.info bildirir ki, bu barədə SOCAR-ın Gürcüstandakı törəmə müəssisəsinə istinadən məlumat verir.

Ölkənin iqtisadiyyat naziri Natiya Turnava bildirib ki, Manqlisi qəsəbəsində yaşayan 1 600 ailə təbii qazla təmin olunub. Onun sözlərinə görə, qəsəbənin qazla təchiz olunması ilə bağlı işlər bir il əvvəl başlamışdı.

Qeyd edək ki, SOCAR Gürcüstanda 24,3 min kilometr uzunluğunda qazpaylayıcı şəbəkəsinə malikdir.

 

Loading...