MƏDƏNİYYƏT
"Burdan ziyalılarımıza, sənət dostlarımıza səslənirəm, o yerləri boş qoymayın..."

“Əsas Qurban bayramı bu gündür.
Bu gün artıq xalqın güzəranı düzəlir, öz el-obasından didərgin düşmüş insanlarımız yerlərinə qayıdacaqlar. Allah qismət eləsin, biz də o günlərin şahidi olaq”.
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Mirnazim Əsədullayev deyib. Kamança ifaçısı Qurban bayramı münasibətilə xalqımızı təbrik edib:
“Qurban bayramı bizim əziz bayramlarımızdan biridir. Allah qismət edib Məkkədə qurban kəsmişəm. Allah bunu bütün arzu edənlərə qismət eləsin, xalqımıza gözəl bayramlar qismət etsin. Arzu edirəm ki, hər kəsin qurban kəsməyə imkanı olsun. Dövlətimiz də sağ olsun ki, insanlarımız üçün əlindən gələni edir.
Əsas Qurban bayramı bu gündür. Bu gün artıq xalqın güzəranı düzəlir, öz el-obasından didərgin düşmüş insanlarımız yerlərinə qayıdacaqlar. Allah qismət eləsin, biz də o günlərin şahidi olaq. Bu gün xalqımız işğaldan azad edilən torpaqlarımızda qurbanlar kəsirlər. Biz öz torpaqlarımıza sahib çıxdıq və o yerləri boş qoymaq olmaz. Burdan ziyalılarımıza, sənət dostlarımıza səslənirəm. Gedin o yerlərdə yazıb-yaradın, o yerləri boş qoymayın. Ali Baş Komandanımız başda olmaqla müzəffər ordumuz o torpaqlarımızı işğaldan azad edib. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Həmişə namaz üstdə dua edirəm ki, Allah Ali Baş Komandanımıza can sağlığı versin ki, bütün bu işləri başa çatdırsın. Xalqımıza firavan həyat, ölkəmizə əmin-amanlıq arzu edirəm”.