"Fransanın cəhdləri Bakını qəzəbləndirib" - KOMMERSANT

"Fransanın cəhdləri Bakını qəzəbləndirib" - KOMMERSANT

“Əliyevlə Putin bağlı qapılar arxasında keçirdiyi görüşdə Fransanın regionda aktivləşməsindən danışıb”.

Xeber24.info Konkret.az-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın tanınmış “Kommersant” portalı yazıb.

Yazıda bildirilir ki, Əliyev xüsusən son vaxtlar Ermənistanı fəal şəkildə dəstəkləyən Fransa və Avropa Birliyinin hərəkətlərindən son dərəcə narahatdır.

“Kommersant” bunları yazır: “Avropa İttifaqının münaqişənin həllində vasitəçi funksiyasını öz üzərinə götürmək cəhdləri Bakını qəzəbləndirib. Bu İrəvanı Rusiya Federasiyasının vasitəçiliyi ilə əldə olunmuş razılaşmaları yenidən nəzərdən keçirməyə məcbur edilməsi deməkdir”.

Loading...