Məhəmməd bin Salman Qurban bayramı ərəfəsində ailə qurmaları üçün 200 gəncə 1 milyon dollar bağışladı…

Məhəmməd bin Salman Qurban bayramı ərəfəsində ailə qurmaları üçün 200 gəncə 1 milyon dollar bağışladı…
Səudiyyə Ərəbistanında Qurban Bayramı ərəfəsində hakimiyyət sahibləri növbəti dəfə ailə qurmaq istəyən gənclərə maddi dəstək verib.
 
 
Xeber24.info xəbər verir ki, bu haqda “ArabNews” məlumat yayıb.
 
Son illərdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman kasıblara evlənmək  və normal ailə həyatı qurmaqdan ötrü maddi bazaya sahib ola bilmələri üçün sosial yardım proqramı həyata keçirir.
 
Proqram çərçivəsində şahzadə bu dəfə ölkədəki  200 imkansız gənc kişi və qadına ailə qurmaları məqsədilə 3,74 milyon Səudiyyə rialını (təxm. 1 milyon dollar) qrant olaraq bağışlayıb. 
 
“Evlilik qrantları proqramın həyata keçirilməsində prioritet qruplar kimi xüsusi həyat şərtləri olan yetimlərə və əlillərə kömək edəcəkdir” – məlumatda belə deyilir.Moderator.az
Loading...