Məşhur karantin tədbirlərini ələ saldığına görə deportasiya ediləcək

Məşhur karantin tədbirlərini ələ saldığına görə deportasiya ediləcək

Britaniyalı teleulduz və siyasi şərhçi Keti Hopkinsi Avstraliyadan deportasiya edəcəklər.

Xeber24.info oxu.az-a istinadən bildirir ki, bu barədə Avstraliyanın daxili işlər naziri Karen Endryus bildirib.

Teleulduzun deportasiya olunmasına səbəb onun ölkədəki COVID-19-la əlaqəli karantin tədbirlərini ələ salması olub.

Belə ki, Avstraliyaya televiziya serialının çəkilişləri üçün gəlmiş Hopkins "Instagram"da video yerləşdirib.

Videoda karantin zamanı hoteldə ona yemək gətirən işçini maskasız və çılpaq şəkildə qorxudacağını deyib. Sonra isə o videonu sosial şəbəkə hesabından silib.

Eyni zamanda, 30 min avstarliyalının məhdudiyyətlərlə əlaqəli vətənə qayıda bilmədiyi halda, Hopkinsin ölkəyə buraxılması əhali arasında narazılıqlara səbəb olub.

Loading...