“Afaq xanım həmişə çalışır ki, şəhid ailələrinin yanında olsun...”

“Afaq xanım həmişə çalışır ki, şəhid ailələrinin yanında olsun...”
Xəbər verdiyimiz kimi Fatmayi kəndinin tarixi və şəhidləri haqda şəkilən  filmin təqdimatı olub.
Təqdimatda şəhid ailələri, Fatmayidən olan məşhurlar iştirak ediblər. 
 
Bu haqda Xeber24.info-ya 2016-cı il Şanlı aprel döyüşlərində qəhrəmancasına şəhid olan əsgər Mahir Mirzəyevin atası Sabir Mirzəyev məlumat verib. Tədbirdə Xalq artisti Afaq Bəşirqızıyla görüşən şəhid ailələri onlara dəstək olduğu üçün Afaq xanıma minnətdarlıqlarını bildiriblər:
 
“Film Fatmayi kəndinin tarixindən və şəhidlərindən bəhs edir. Təqdimatına isə bir çox məşhurlar gəlmişdi. Mənim həyat yoldaşım da Fatmayidən olduğu üçün bizi də dəvət etmişdilər. Tədbirdə Xalq artisti Afaq Bəşirqızıyla görüşdük, söhbət etdik. Çox sağ olsun Afaq xanım da həmişə çalışır ki, şəhid ailələrinin yanında olsun. Şəhidlər haqqında keçirilən tədbirlər, onların adlarının yaşadılmasıyla bağlı atılan addımlar həmişə bizi sevindirir. Bir şəhid ailəsi kimi daim insanların diqqətindəyik, daim əlaqə saxlayıb, hal-əhval tuturlar. Allah hamıdan razı olsun”.moderator.az
gallery
gallery