Avstraliyada süni zəka və robotlar tərəfindən idarə olunacaq ferma yaradılır

Avstraliyada süni zəka və robotlar tərəfindən idarə olunan ferma yaradılır.
Fermada təqdim olunacaq texnologiyalar arasında pilotsuz uçuş aparatları, robotlaşdırılmış traktorlar və kombaynlar, CO2 ifrazını təyin edən sensorlar və s. olacaqlar. Əkin sahələrində robotların çalışacaqları bu fermanın praktiki testlərinə yaxn zamanda start veriləcək. Tam avtomatlaşdırma sisteminə keçid edəcək ferma faktiki olaraq artıq kommersiya əsasında fəaliyyət göstərir. Sözügedən fermada buğda, raps və arpa becərilir. Bundan əlavə olaraq fermada üzüm bağları, buynuzlu mal-qara və qoyunlar mövcuddurlar. İlk test çərçivəsində fermerlərin gecələr yatdıqları zaman fermanın fəaliyyətinin davam etdirilməsinə diqqət ayrılacaq.