Kimlər Delta ştammından sığortalanıb? - Həkim bəxti gətirənləri AÇIQLADI

Kimlər Delta ştammından sığortalanıb? - Həkim bəxti gətirənləri AÇIQLADI

Allerqoloq-pulmonoloq Ramin Nərimanın sözlərinə görə, koronavirusun "delta" ştammı ölkəmizdə ciddi qapanmalara və ağırlaşmalara gətirib çıxarmayacaq.

Buna səbəb kimi, Azərbaycanda vaksinasiya işlərinin bir çox ölkələrlə müqayisədə yüksək səviyyədə olmasını göstərib.

Xeber24.info xəbər verir ki, həkim publika.az-a müsahibəsində kimlərin Delta ştammından qoruna biləcəyini açıqlayıb.

"İstər xəstələnmə hesabına, istərsə də koronavirus əleyhinə vaksinasiyadan sonra qazanılmış immunitetin xəstəliyin yayılma sürətinin idarə olunmasında və zəiflədilməsində böyük rolu var. Biz bunu əhalisinin böyük əksəriyyəti vaksinasiya olunan ölkələrdəki vəziyyətə baxanda da görürük. Xəstələnmələrin sayı əvvəlki dalğalarda olduğu kimi kritik səviyyəyə gəlib çatmır, idarəolunan formada olur.

Koronavirusa yoluxub sağalan insanları hər hansı fərdi təhlükə gözləmir. Əksinə, sağaldıqları və vaksinasiya olunduqları üçün virus əleyhinə müəyyən dərəcədə immunitetləri var. Odur ki, həmin şəxslər daha çox sığorta olunublar. Onlar daha az xəstələnirlər və xəstələndikləri halda belə, xəstəliyi yüngül keçirirlər və ölüm halları az müşahidə olunur.

- Koronavirusun yeni ştammı aşkarlananda deyirlər ki, bu, yeniyetmə və uşaqlarda daha ciddi fəsadlar yaradır və s. Amma bu günə qədər hər hansı bir ölkədə koronavirusun ştammlarının uşaqlarda və yeniyetmələrdə fəsad yaratdığı haqqında məlumat yoxdur. Belə bir hal müşahidə olunmayıb. Odur ki, "delta" ştammı digər ştammlar kimi uşaqlara və yeniyetmələrə ciddi problem yaratmayacaq".

Loading...