"Google" "Facebook" parollarını oğurlayan bir sıra tətbiqi rəsmi mağazasından çıxarıb

"Google" "Facebook" parollarını oğurlayan bir sıra tətbiqi rəsmi mağazasından çıxarıb

"Google" şirkəti istifadəçilərin "Facebook" hesablarının parollarını oğurlayan bir sıra populyar tətbiqi rəsmi mağazasından çıxarıb.

Xeber24.info APA-ya istinadən xəbər verir ki, ümumilikdə 10 troyan zərərverici tətbiqetmə təyin olunaraq mağazadan silinib.

İlk baxışdan bu proqramlar faydalı və ən azından zərərsiz yardımçı proqramlar (optimizatorlar, fitness tətbiqlər, foto-redaktorlar və astrologiya proqramları) idi. Proqramlar bütün funksiyalarını lazımınca yerinə yetirirdi. Lakin bəzi hallarda tətbiqlərdə görünən reklamdan qurtulmaq üçün istifadəçilərdən "Facebook" hesablarına daxil olmaları istənilirdi ki, bu halda onların login və parolu ələ keçirilirdi.

Loading...