“Tik-Tok” yeddi milyondan çox istifadəçinin hesabını bağladı

“Tik-Tok” yeddi milyondan çox istifadəçinin hesabını bağladı

Dünyaca məşhur Çin sosial media tətbiqi "TikTok" 13 yaşdan kiçik istifadəçilərə aid olduğu ehtimal edilən yeddi milyondan çox hesabı bağlayıb.

Bu barədə BBC məlumat yayıb.

"Tik-Tok" sosial şəbəkəsinin təhlükəsizlik bölməsinin sədri Korman Kinan bildirib ki, yaşı 13-dən aşağı olan istifadəçilərin hesabının bloklanması azyaşlıları müxtəlif zərərli təsirlərdən qorumaq məqsədi ilə həyata keçirilib.

Bundan əlavə, "Tik-Tok"un yaydığı hesabatda qeyd olunur ki, təxminən 62 milyon müxtəlif səpkili video və iki milyon reklam videosu sosial şəbəkə qaydalarını pozulduğuna görə silinib.

Loading...