Ermənilər Xəzəri BU YOLLA ZƏHƏRLƏYİR - Xərçəng Xəstəliyi ARTACAQ - VİDEO

Ermənilər Xəzəri BU YOLLA ZƏHƏRLƏYİR - Xərçəng Xəstəliyi ARTACAQ - VİDEO

Azərbaycan tərtər çayının yerini dəyişdirəcək, sərsəng su anbarı quruyacaq.

Ermənilər Kür çayı hövzəsinə Zəhərli maddə buraxır. Buna görə İranda Xərçəng xəstələrinin sayı durmadan artır.

Qarabağ və ətraf ərazilərdə çox ciddi hadisələr baş verir. Ermənilər artıq qorxuya düşüb. Nə baş verir? Siz bir bax kanalındasınız. Bu videonu sona kimi izləyin! Ermənistan mediası yeni bir iddiayla çalxalanır. Guya Azərbaycan tərəfi Tərtər çayının yerini dəyişdirməyi planlaşdırır. Əgər bunu edərlərsə, Sərsəng su anbarı quruyacaq. Özünü separatçıların “xarici işləri naziri” kimi təqdim edən David Babayansa hətta Azərbaycan tərəfinin Göyçə gölünə daxil olan su ehtiyatlarını zəhərləyəcəyini deyib. Bu doğrudurmu? Saxta info saytı yayılan bu məlumatın doğru olub olmadığını araşdırıb. Diqqət ekrana. Sərsəng və Suqovuşan su anbarları 1970-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilib. Sərsəng su anbarının əsas məqsədi Ağdam, Tərtər, Goranboy, Bərdə və digər rayonlarımızda suvarma işləri aparmaq olub. Lakin indi Çayın məcrasının dəyişdirilməsinə ehtiyac yoxdur, çünki bütün su anbarları Azərbaycanın nəzarətinə keçib. Yəni, ölkəmizin Sərsəng su anbarının qurudulması da daxil olmaqla azad edilmiş ərazilərdəki təbii və ya süni su anbarlarına ziyan vurmaqda heç bir marağı yoxdur.

İndi də gələk, Azərbaycan tərəfinin Göyçə gölü və Ermənistandakı çayları zəhərləməsi xəbərinə. Faktlar vaxtilə bunu edən tərəfin ermənilər olduğunu göstərir. Bu yaxınlarda Zəngilan rayonunda aparılan araşdırma zamanı Oxçuçayda 500-dən çox alabalıq və digər balıq növlərinin öldüyü məlum oldu. Analizlərin nəticələri çayın Ermənistan ərazisindəki Qacaran mis-molibden və Qafan mis filiz emalı zavodundan axıdılan zəhərli tullantılarla çirkləndiyini bir daha təsdiqləyir. Ermənilərin bu addımı nəticəsində Araz çayına tökülən tullantılar həm çayın, həm də ətraf mühitin çirklənməsinə gətirib çıxarıb. Oxşar hadisə bir neçə il əvvəl Sərsəng su anbarında da baş vermişdi. Balıqlar kütləvi şəkildə tələf olmuşdu.

Buna "Beytz Metal" şirkətinin qızıl -mis yatağında apardığı istismar işləri nəticəsində su anbarına tökülən çayların sianidlə çirklənməsi səbəb idi. Erməni tərəfinin Qarabağdakı çayları zəhərlədiyini tanınmış erməni bloqer Roman Bağdasaryan da təsdiqləyib. Bloqer qeyd edir ki, Qarabağ Ermənistanın nəzarətinə keçdikdən sonra boğulmağa başladı: Üstəlik, erməni tərəfi o dövrdə Qarabağ boyunca su elektrik stansiyaları tikirdi. Bu su elektrik stansiyalarındakı bütün tullantılar çaylara axırdı. Sadəcə Qarabağı zəhərlədik. Ümiyyətlə, qızıl mədəni ətraf mühit və insan sağlamlığı üçün ən zərərli sənaye sahəsidir. Araz çayının vadisində yerləşən Ararat qızıl hasilatı zavodu Cənubi Qafqazda ətraf mühitə uyğun olmayan müəssisələrindən biridir. Araz çayı vadisində yerləşən İrəvan və Gümrüdə, eləcə də Ermənistanın digər şəhərlərində kanalizasiya təmizləyici qurğular işləmir. Buradan çıxan bütün tullantı suları Türkiyə, İran, Azərbaycan tərəfindən istifadə olunan Araz çayına buraxılır.

Metsamor AES gəlincə, Araz çayı hövzəsinə buradan radioaktiv tullantıların axıdılmasına dair məlumat olmasa da stansiyanın köhnəlməsi, qəzalı vəziyyətdə olmasanı nəzərə alsaq böyük ehtimalla buradan da tullantı axıdılır. Ermənistanda ətraf mühitə zərər verən bir çox sənaye sahələri var və bu müəssisələrin bütün çirkab suları Kür çayı hövzəsinə, ilk növbədə Araza axıdılır. İranın müvafiq qurumları bu suları mümkün qədər təmizləməyə çalışsalar da, təhlükəli çirkləri tamamilə çıxara bilmirlər. Nəticədə, İranın şimalında onkoloji xəstəliklərin sayında nəzərə çarpacaq dərəcədə artım var. Bundan başqa Ermənistanın şimalındakı emal müəssisələri Gürcüstana axan Debeda çayı hövzəsindədir. Axtaladakı mədən və emal zavodu, eyni zamanda Alaverdidə Debeda çayının hövzəsini zəhərləyən mis zavodu var.

Buradan Araz və Debada çayına axıdılan tullantılar Kürə, Kür çayı vasitəsilə də Xəzər dənizinə axıdılır. Göyçə gölünün zəhərləndirilməsinə gəlincə, Azərbaycanın heç vaxt belə planlarının olmadığını sübut etmək ciddi deyil. Onsuz da Ermənistanın özü tərəfindən bu göl ekoloji tükənmə dərəcəsinə gətirilib. 2019-cu ilin iyun ayında erməni ekoloqları Göyçə gölündə suyun rənginin yaşıl olduğunu gündəmə gətidirlər. Suyun rənginin dəyişdiyini peykdən çəkilən şəkillər təsdiqləyirdi. Gölün sahilində heyvan, eləcə də qağayılar tələf olmasına dair məlumatlar və fotolar yayılıb. Mütəxəssislər bildirirlər ki, buna yaxınlıqda yerləşən onlarla yaşayış məntəqəsi, həmçinin otel və əyləncə müəssisələri, heyvandarlıq və əkinçilik təsərrüfatlarından gölə axıdılan tullantı sularıdır. Göründüyü kimi, göstərilən səbəblər arasında Azərbaycanın adı çəkilmir. Saxta.info sadalanan rəy və faktlara əsaslanaraq bu qənaətə gəlib ki, David Babayanın açıqlamaları tamamilə yanlışdır.

Mənbə: Saxta.info