“Instagram”da kompüterdən foto dərc etmək MÜMKÜN OLDU

“Instagram”da kompüterdən foto dərc etmək MÜMKÜN OLDU

“Instagram” sosial şəbəkəsinin bəzi istifadəçiləri proqramın masaüstü versiyasından foto və ya video dərc edə biliblər.

Xeber24.info xəbər verir ki, yeni funksiya sınaq rejimində bir sıra istifadəçilərə əlçatan olub. Bunun üçün yuxarı sağ küncdə yerləşdirilmiş “ ” işarəsinə sıxmaq lazımdır. Bundan sonra istifadəçi şəklin ölçüsünü dəyişdirə, həmçinin lazımi filtrləri tətbiq edə biləcək.

Bu funksiya əvvəllər yalnız mobil proqramda əlçatan idi.