Ermənistan tarixində belə seçki qanun pozuntusu baş verməyib

Ermənistan tarixində belə seçki qanun pozuntusu baş verməyib
Ermənistan Seçki Komissiyası “Vətəndaş müqaviləsi” partiyasına və Nikol Paşinyana seçkiöncəsi sükut günündə qanun pozuntusuna görə xəbərdarlıq edib.

Xeber24.info “Ölkə.Az”a istinadən xəbər verir ki, bu barədə “Ermənistan” blokunun  yaydığı bəyanatda qeyd olunub.
Bəyanatda deyilir ki, sükut günündə  müxtəlif yerlərdə hakim partiyanın təmsilçiləri “Ermənistan” blokunun liderlərinə qarşı  təhqiredici və nifrətedici materillar yayıblar.

Bəyanatda o da qeyd olunur ki,  Ermənstan tarixində belə qanun pozuntusu ilə müşahidə olunan seçki prosesi olmayıb.
“Ermənistan” bloku bununla bağlı MSK-ya şikayət edib. Qeyd edək ki, adı çəkilən blokun lideri Robert Köçəryandır.

Loading...