Türkiyədən gətirilən hind quşu dərisi YARARSIZ ÇIXDI

Türkiyədən gətirilən hind quşu dərisi YARARSIZ ÇIXDI

Azərbaycana gətirilən 1,2 ton hind quşu dərisi yararsız çıxıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Xeber24.info-ya verilən məlumata görə, qurumun həyata keçirdiyi nəzarət tədbirləri zamanı Türkiyədə fəaliyyət göstərən “Briterra Gida İç Ve Dış Ticaret Anonim Şirketi” tərəfindən istehsal olunan və “Ladess Group” MMC tərəfindən ölkəmizə idxal edilən hind quşu dərisi məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirib.

Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Müayinələr nəticəsində məhsul partiyasında patogen mikroorqanizm olan salmonella aşkar edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq qərar qəbul edilib və istehlak üçün yararsız 1.2 ton hind quşu dərisi məhsulunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.

Loading...