"Qumarda nə ev, nə də avtomobil itirmişəm"

"Qumarda nə ev, nə də avtomobil itirmişəm"

Türkiyəli şoumen Mehmet Əli Ərbil qumar aludəçiliyi barədə danışıb.

Xeber24.info axsam.az-a istinadən xəbər verir ki, şoumen ailəsi və övladları olduğu üçün hər zaman diqqətli oynadığını bildirib: "Nə ev, nə də maşın itirmişəm. Sadəcə getdiyim yerdə səhnəyə çıxırdım onun pulunu alırdım və oynamaq üçün kazino çipləri verirdilər.

Əgər uduzsam, qumarı saxlayırdım. Səhnəmin, əməyimin qarşılığını alıb çıxırdım. Mülklərimi satım, aludəçi olum. Heç vaxt belə bir şey olmayıb. Ailəm, uşaqlarım var. Onların hamısına ev almışam. Hamısının həyatını sığortalamışam. Yenidən oynaya bilərəm".

Loading...