10 noyabr bəyanatından imtina etsək... - Marukyan

10 noyabr bəyanatından imtina etsək... - Marukyan
10 noyabr üçtərəfli bəyanatının ləğvi yeni müharibə deməkdir.
Bunu anladıqları üçün heç bir siyasi qüvvə belə bir açıqlama ilə çıxış etmir.

"Ölkə.az" xəbər verir ki, bu sözləri Çiçəklənən Ermənistan Partiyasının sədri Edmon Marukyan deyib.
 
“Əgər Ermənistanın yeni müharibə üçün potensialı olsaydı, o zaman Zəngəzur (Sünik) bölgəsinə müdaxilə müharibəyə səbəb olardı. Ancaq biz sülh yolu ilə getməyə məcburuq”, - o bildirib.
 
Marukyan deyib ki, hansı qüvvə hakimiyyətə gələcəyi təqdirdə müharibəyə başlayacağını deyirsə, ya yalançı, ya da avantüristdir.
 
O həmçinin vurğulayıb ki, Ermənistanın Azərbaycana "dəhliz" verməsindən (Zəngəzur dəhlizi nəzərdə tutulur) başqa çarəsi yoxdur, çünki bu, bəyanatda əksini tapıb.
 
“Biz sual veririk: əgər tərəflər kommunikasiyaları açırsa, sizə niyə suveren yol lazımdır ki? Axı tərəflər yolları açır və ondan hər kəs istifadə edə bilər”, - Marukyan qeyd edib.
 
O, Ermənistan qanunvericiliyi bu prosesə adamtasiya olunana qədər bu addımın atılmaması gərəkdiyini də bildirib.
Loading...