Azərbaycanda qaraciyər köçürülməsi neçəyədir? - Həkim açıqladı

Azərbaycanda qaraciyər köçürülməsi neçəyədir? - Həkim açıqladı
Azərbaycanda qaraciyər köçürülməsi əməliyyatı 40-45 min, böyrək köçürülməsi isə təxminən 12 min manat civarındadır.
Bu qiymətə həm xəstənin, həm də donorun əməliyyatı, dərmanlarla təmin edilməsi və s. məsələlər daxildir.
 
Xeber24.info xəbər verir ki, bunu ARB24-ün "İşgüzar səhər” verilişinə açıqlamasında həkim Mircəlal Kazımi deyib. O bildirib ki, orqan transplantasiya əməliyyatlarının qiymətləri ilə bağlı məsələ müzakirə olunur:
 
"Düşünürəm ki, müəyyə zaman içərisində orqan köçürülmə əməliyyatı icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil olacaq. Bu baş verərsə, həm donor hovuzu, həm də xəstələrin əməliyyat olma şansını artacaq”.